Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Donbasda əməliyyatlar başlayandan bu vaxtadək 2852 nəfəri əsirlikdən azad edib. APA TV-nin məlumatına görə, bu barədə xidmətin rəhbər müşaviri Yuri Tndit bildirib.
O bir gün əvvəl əsirlərin “altının altıya” sxemi üzrə mübadiləsinin baş verdiyini təsdiqləyib: “Biz döyüşlərdə iştirak etməyən, lakin Ukraynanın bütövlüyünə qarşı cinayətlərə yol verən altı nəfəri qarşı tərəfə verdik. Əvəzində 3 hərbçi və 3 mülki şəxs azad edilib”.
Onun sözlərinə görə, hazırda əsirlikdə 172 şəxs qalır. Son iki ay ərzində əsirlikdən 30 ukraynalı azad edilib