ABŞ-ın Vladimir Putin, Ruben Vardanyana qarşı sanksiyalar layihəsi dərc edilib

ABŞ-ın Vladimir Putin, Ruben Vardanyana qarşı sanksiyalar layihəsi dərc edilib backend

ABŞ-ın “Washington Post” nəşri Rusiya prezidenti Vladimir Putinə, Rusiya hökumətinin üzvlərinə və bir sıra rusiyalı iş adamlarına, o cümlədən rusiyalı biznesmen və erməni əsilli Ruben Vardanyana qarşı sanksiyalar layihəsini dərc edib.

 

Eyni zamanda, Ruben Vardanyanın adı “Troyka Dialoq”un keçmiş direktoru və “Skolkovo” məktəbinin sponsoru kimi də çəkilir.

 

Sənəd layihəsi “Putinin məsuliyyətə cəlb olunması aktı” adlanır və konqresmen Banks tərəfindən hazırlanıb.

 

Sanksiya layihəsində siyahıda adları olan şəxslərin əmlakının bloklanması, “Şimal axını-2” qaz kəməri ilə bağlı sanksiyaların tətbiqi, Ukrayna ətrafındakı vəziyyətlə bağlı maddələr qeyd edilib.

 

Sənəddə həmçinin prezidentin Konqresə Rusiya prezidenti Vladimir Putinin, onun ailə üzvlərinin, eləcə də olimpiya çempionu Alina Kabayevanın əmlakı barədə hesabat təqdim etməsinin zəruriliyindən bəhs edilir.

Diaspora