Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Suriya ilə sərhəd vilayəti olan Hatayda xəndəklər qazır və sədd çəkir.
Trend-in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata əsasən, səddin hündürlüyü 3, eni 2 metr olacaq.
Artıq sərhəddə səddin 2,5 kilometrlik hissəsi inşa edilib. Səddin ümumi uzunluğu 8,25 kilometr olacaq.