Ukraynada baş verənlər Çinə qarşı oyundur - "Qara ssenari"nin DETALLARI

Ukraynada baş verənlər Çinə qarşı oyundur - "Qara ssenari"nin  DETALLARI backend

Dünyanın iki böyük nüvə dövləti - ABŞ və Rusiya arasında münasibətlər son vaxtlar pisləşməkdə davam edir. 9-10 yanvar tarixlərində Rusiya və Amerika Birləşmiş Ştatları Cenevrədə təhlükəsizlik zəmanəti ilə bağlı danışıqlar aparıb. Kreml hələlik təhlükəsizlik zəmanətləri üzrə Rusiya-Amerika danışıqlarında xüsusi optimizmi əsas görmür.

 

“Bir tərəfdən Rusiya, digər tərəfdən isə ABŞ və NATO tamam başqa yollardadır və bu, narahatlıq doğurur”,- Peskov bildirib.

 

Siyasi şərhçi Asif Nərimanlı Modern.az-a iki ölkə arasında baş verən hadisələri şərh edib.

 

Onun sözlərinə görə, Bayden hakimiyyətə gəldikdən sonrakı dövrdə köhnə müttəfiqlərin yenidən Vaşiqtonun çətiri altına toplanma prosesi başlayıb:

 

“Bunun üçün də əsas təhlükə Rusiya idi. Proseslər göstərir ki, arxa planda müəyyən oyunlar gedir. Çünki Rusiya Amerikaya qarşı sərt qərarlar irəli sürdü ki, bunlardan kənara çıxmaq olmaz. Burada ən fikir qarışdıran məqam Amerikanın yeritdiyi siyasətdir.

 

Artıq dünyada ikinci əsas güc, Amerikanın qarşısında dura bilən qüvvə Çindir. Bu vəziyyətdə onun əsas planı da Çinə qarşı olacaq. Hətta Tramp dövründən başlayaraq, Amerika əsas rəqib kimi Çini görür.

 

Bəs Rusiya ilə müharibə etmək niyyəti haradan yaranıb?

 

Bu sual axtarışına belə cavab tapmaq olar ki, Amerika dünyanı güclənməkdə olan Çinlə bölmək əvəzinə Rusiya ilə bölmək niyyətindədir. Açar proseslər buradan başlayır. Əslində Ukraynada baş verən hadisələr Çinə qarşı olan proses idi. Çünki Çin Avrasiyada Rusiyanın maraqlarına qarşıdır. Amerika ilə belə bir oyuna gedərək öz nüfuz dairəsini daha da genişləndirmək istəyir. Bu fonda Qazaxıstanda baş verən hadisələr də təsadüfi deyildi. İki ölkənin oynadığı oyunun tərkib hissəsidir deyə bilərik. Amerikanın Rusiyanın Qazaxıstana daxil olmasına qarşı yumşaq reaksiyası da bundan irəli gəlir. Burada əsas məqsəd güclənən Çinin qarşısına Rusiyanın çıxarılmasıdır. Bir sonrakı mərhələdə əsas münaqişə ocaqları Mərkəzi Asiya ölkələrinin sərhəd yaxınlıqları ola bilər. Niyə bu ilin seçilməsi də maraqlı məqamdı. Əsas Çinin bu il daha böyük planlarının olmasıdır. Bu il Çin üçün daha çox qapanma ili olacaq. Amma ölkələr arasında qarşıdurmalar dünya savaşı səviyyəsinə gəlib çıxması mümkünsüzdü. Çünki burada qazanan tərəf olmayacaq. Bu proseslər də əvvəlcədən planlaşıdırılmış oyundur, əsas hədəf isə Çindir”.

Diaspora