Kubada 54 ildən sonra ilk dəfə ABŞ bayrağı dalğalanacaq

Kubada 54 ildən sonra ilk dəfə ABŞ bayrağı dalğalanacaq backend

ABŞ Kuba ilə əlaqələrini normallaşdırma prosesi kontekstində 54 il sonra ilk dəfə avqustun 14-də bayrağını Havanada dalğalandıracaq.



AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, ABŞ prezidenti Barak Obama dekabrda Kuba ilə əlaqələrin normallaşdırılmasına rəsmi olaraq başlamaq qərarı aldıqlarını demiş və bu çərçivədə də qarşılıqlı olaraq səfirliklərin açılması gündəmə gəlmişdi.

İki ölkə arasındakı əlaqələrin yenidən bərpa edilməsi məqsədilə Kubanın Vaşinqtondakı səfirliyi iyulun 20-də Kubanın xarici işlər naziri Bruno Rodriqez tərəfindən açılmışdı. ABŞ-ın Havanadakı diplomatik nümayəndəliyi də həmin gündən sonra tam əhatəli səfirlik vəziyyətinə gətirilmişdi. ABŞ-ın xarici işlər naziri Con Kerri avqustun 14-də Havanaya gedərək səfirliyin rəsmi açılışını edəcək.

Eyni zamanda, C.Kerri 1945-ci ildən bu vaxtadək Havanaya gedən ilk ABŞ xarici işlər naziri olacaq.
Diaspora