Misir hökuməti Süveyş kanalında xüsusi iqtisadi zona yaradır

Misir hökuməti Süveyş kanalında xüsusi iqtisadi zona yaradır backend

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Süveyş kanalında xüsusi iqtisadi zona (XİZ) yaradılması haqqında sərəncam imzalayıb. Ölkə iqtisadiyyatının inkişafına təkan vermək məqsədi daşıyan bu milli layihəni 3-5 il ərzində həyata keçirmək planlaşdırılır.

Sahəsi təqribən 500 kvadrat kilometr olacaq zonada altı liman yaratmaq nəzərdə tutulur. Bu limanlarda təqribən min istehsal sahəsi yerləşdiriləcək. Bunları XİZ -də reallaşdırmaq üçün sərmayədarlara ümumi məbləği təqribən 40 milyard dollar olan 18 layihə təklif ediləcək.

Xüsusi iqtisadi zonanın yaradılması avqustun 6-da təntənəli surətdə açılan yeni Süveyş kanalı layihəsinə bağlıdır.
Diaspora