Finlandiya və İsveç ərizə təqdim edildikdən bir gün sonra NATO-ya üzv ola biləcəklər.
Axar.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib.
O qeyd edib ki, Ukraynada vəziyyətin gərginləşməsi halında bu ölkələrdə alyansa üzvlüklə bağlı müzakirələr başlaya bilər:
"Finlandiya və İsveç üzvlük üçün müraciət edərsə, bütün lazımi kriteriyalara cavab verdikləri üçün dərhal qərar verə bilərik".
Onun sözlərinə görə, NATO-nun Avropadakı nümayəndələri ilə danışıqlar zamanı Rusiya blokun genişlənməsinə veto qoymağı tələb edib.