Çinin liman şəhəri olan Tiencində avqustun 12-də baş vermiş partlayış nəticəsində ölənlərin sayı 12 xilasedici daxil olmaqla 44-ə çatıb, 21 nəfər itkin hesab olunur. Kimyəvi maddələrin saxlanıldığı anbarda baş vermiş partlayışda yaralananların sayı isə 520-i ötüb. Onlardan 66 nəfərin vəziyyəti ağır qiymətləndirirlir.
Axtarış-xilasetmə işlərinə 1000 nəfərdən çox xilasedici, 143 texnika, habelə təcili tibbi yardım briqadaları, hərbi polis qüvvələri cəlb olunub. Bundan başqa, Çin Xalq Azadlıq Ordusunun radiaktiv, kimyəvi və bioloji hallarla mübarizə üzrə xüsusi bölməsi də hadisə yerinə göndərilib.Anbarda çoxlu miqadarda kimyəvi və tezalışan maddələrin olması yanğınsöndürənlərin işini çətinləşidirib. Onlar hələlik sadəcə uzaq məsafədən xüsusi toz və köpük vasitələrindən istifadə etməklə yanğını nəzarət altına almağa çalışırlar.
Partlayış baş verən əraziyə yaxınlıqda yerləşən, dünyanın ən böyük komyuter qurğularından olan “Tianhe-1”ə ziyan dəyməsə də, superkomyuterin fəaliyyəti təhlükəsizlik baxımından dayandırılıb.