Türkiyədən havaya qalxan ABŞ qırıcıları İŞİD mövqelərini bombaladı

Türkiyədən havaya qalxan ABŞ qırıcıları İŞİD mövqelərini bombaladı backend

Türkiyənin İncirlik bazasından havaya qalxan ABŞ qırıcıları İŞİD terror təşkilatının Suriyadakı mövqelərinə ilk zərbələr endirib. APA TV-nin "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, bombardman üçün “F-16” qırıcılarından istifadə edilib.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus altı “F-16” qırıcısı İncirlik bazasına İŞİD-ə qarşı əməliyyatlar üçün gətirilib. Qırıcılarla bərabər Türkiyəyə 300 hərbçi və iki dəstək təyyarəsi də gəlib.

"Reuters" agentliyinin məlumatına görə, ilk əməliyyatda Türkiyə qırıcıları iştirak etməyiblər.

Xatırladaq ki, Türkiyə hökuməti parlament tərəfindən 2014-cü ilin oktyabrında verilən səlahiyyət əsasında Türkiyədəki hərbi hava bazalarına ABŞ və İŞİD-ə qarşı hava əməliyyatlarında iştirak edən digər koalisiya üzvlərinin təyyarələrinin yerləşdirilməsinə razılıq verib.


Diaspora