İŞİD sıralarına qoşulmaq üçün Suriyaya gedən Azərbaycan vətəndaşı Ankaranın Esenboğa hava limanında saxlanıb. APA TV-nin məlumatına görə, polis 49 yaşlı azərbaycanlı Bəkir Qalibovun İŞİD-ə qoşulmaq üçün Türkiyə üzərindən Suriyaya getdiyi barədə məlumat alıb.
Bundan sonra xüsusi əməliyyat keçirilib və Bəkir Qalibov həbs olunub. Onun üzərindən çoxlu sayda tibbi preparat və 17 zirehli gödəkcə götürülüb. Müvafiq proseduralar yerinə yetirildikdən sonra Qalibov Azərbaycana deportasiya olunacaq.