KTMT sülhməramlıları Qazaxıstandan çıxır – Hazırlıq başladı

KTMT sülhməramlıları Qazaxıstandan çıxır –  Hazırlıq başladı backend

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları artıq mühafizə olunan obyektləri Qazaxıstanın hüquq-mühafizə orqanlarına təhvil verməyə başlayıb.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. 

“KTMT-nin sülhməramlı qüvvələrinin komandanlığı və Qazaxıstan Müdafiə Nazirliyi tərəfindən hazırlanmış plana uyğun olaraq, sülhməramlılar tərəfindən qorunan sosial əhəmiyyətli obyektlərin ölkənin hüquq-mühafizə orqanlarına təhvil verilməsinə başlanılıb”, - məlumatda bildirilib.

Əlavə edilib ki, sülhməramlılar Rusiya Aerokosmik Qüvvələrinin təyyarələrinə yükləmək və daimi dislokasiya məntəqələrinə qayıtmaq üçün texnika və materialları yığışdırmağa başlayıblar.

Qeyd olunub ki, KTMT sülhməramlılarının öz ölkələrinə qaytarılması Qazaxıstan tərəfi ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq.

Teleqraf.com

Diaspora