“Microsoft” ofşor zonasında nə qədər vəsait saxlayır?

“Microsoft” ofşor zonasında nə qədər vəsait saxlayır? backend

“Bloomberg” informasiya agentliyi proqram nəhənginin maliyyə hesabatına istinadən yazır ki, “Microsoft” ofşor zonasında 100 milyard dollardan çox vəsait toplamış ikinci ABŞ şirkətidir.



2014-cü ildə “Microsoft”un ofşor zonasında saxladığı pul vəsaitlərinin həcmi 17 faiz artaraq 108,3 milyard dollar təşkil edib. Məlumat üçün bildirək ki, ofşor zonasında 100 milyard dollar toplamış ABŞ-ın “General Electric” şirkəti reytinqdə birincidir.

“Microsoft” korporasiyası 108,3 milyard dollar ABŞ-a geri qaytarmaq istədiyi halda, o zaman ölkə büdcəsinə bu məbləğin 35 faizini və göndərilmə ölkəsinin vergi payını köçürməlidir.

Təqribi hesablamalara görə, ABŞ-ın 300-dən çox böyük şirkətinin xarici hesablarda 2 trilyon dollardan çox vəsaiti var. Amerika qanunvericiləri potensial büdcə pulunun ofşor zonasından geri qaytarılması uğrunda mübarizə aparırlar. 2015-ci ilin yanvarında ölkə prezidenti Barak Obama gəlirini ölkə xaricində saxlayan hər bir ABŞ korporasiyasından gəlirinin 14 faizini büdcəyə köçürməyi təklif edib. Dövlət başçısı bu vəsaiti infrastrukturun inkişaf proqramlarına yönəltməyi məqsədəuyğun bilib, “Dailycomm” yazır.
Diaspora