“Putinin məqsədi işğal deyil, budur" - İngilis diplomat

“Putinin məqsədi işğal deyil, budur" -  İngilis diplomat backend

“Vladimir Putin Rusiya üçün yeni torpaqlar işğal etməyə çalışmır, əksinə, ölkəsinin təhlükəsizliyini təmin etməyə çalışır”.

 

Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniyanın Rusiyadakı keçmiş səfiri Entoni Brenton deyib.

 

Diplomat bildirib ki, Putin NATO-nun genişlənməsini Rusiyanın təhlükəsizliyi üçün əsas təhdid hesab edir və bu təhlükəni azaltmağın yollarını axtarır: “Əgər ifrata vararsa, o, şübhəsiz ki, Donbası alacaq. Bunu Qərbə öz qərarlarında nə qədər möhkəm olduğunu göstərmək üçün edə bilər”.

 

Brenton söyləyib ki, bütün bunlara baxmayaraq hərbi eskalasiyanın qarşısını almaq olar, çünki bunun ardınca yeni sanksiyalar, diplomatların ölkədən çıxarılması və digər qarşılıqlı məhdudiyyətlər olacaq.

 

Keçmiş səfir vurğulayıb ki, sanksiyalar Moskvanı daha da inadkar edir: “Bu öz növbəsində Qərbin inadını da artırır. Beləliklə, vəziyyət bizi həqiqətən qorxunc qarşıdurma təhlükəsinə yaxınlaşdırır”.

 

Onun sözlərinə görə, Rusiya və ABŞ tərəfləri hadisələrin bu cür inkişafından qaçmağa üstünlük verəcəklər.

 

Brenton belə qənaətə gəlib ki, Moskva NATO ilə qarşıdurmada daha zəif tərəf kimi onun maraqlarının nəzərə alınmasını istəyir. Eyni zamanda o, Pekini Vaşinqtonun “əsas düşmən”i adlandırıb. Keçmiş səfir qeyd edib ki, Rusiya ilə qarşıdurma ABŞ-ın Çinə qarşı mövqeyini zəiflədir.

loading...
Diaspora