Hindistanda XVII yüzillikdən qalan "Qurani-Kərim" tapılıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, 1556-1605-ci illərdə Babur imperatoru Əkbər şahın ölümündən sonra yazıldığı bildirilən və 604 səhifədən ibarət olan bu müqəddəs kitabın , həm də altun naxışlardan təşkil olunduğu qeyd edilib. Yerli əhalidən olan 10 nəfər "Qurani-Kərim"in oğurlanmasına cəhd edib. 400 illik tarixi olan müqəddəs kitabı 770 min dollara satmağa cəhd göstərilsə də , bunun qarşısı müvəffəqiyyətlə alınıb.Məşhur tarixçi Şeyx Əli BBC telekanalına müsahibəsində bildirib ki, bu müqəddəs kitab tapılan digər qədim "Qurani-Kərim"lərdən fərqlənir.
Qeyd edək ki, hazırda bu müqəddəs kitab xüsusi yerdə mühafizə olunur