“Vaxt gəldi, buna hazırıq” - Zelenskidən kritik açıqlama

 “Vaxt gəldi, buna hazırıq” - Zelenskidən kritik açıqlama backend

Ukrayna Prezidenti Vladimir Zelenski Donbas münaqişəsinin həlli üçün yaradılmış Normandiya formatının həmsədrləri Yens Plotner və Emmanuel Bonnu qəbul edib.

 

Teleqraf.com xəbər verir ki, Ukrayna lideri 2019-cu ildə qəbul edilmiş qərarların həyata keçirilməsi üçün göstərilən səyləri alqışladığını bildirib.

 

“Münaqişənin sona çatması üçün daimi razılaşmanın vaxtı çatıb”, - Zelenski qeyd edib.

 

O, Normandiya formatının növbəti görüşündə bu kontekstdə lazımi qərarları qəbul etməyə hazır olduqlarını deyib.

 

Görüş zamanı tərəflər Rusiya-Ukrayna münaqişəsi və Ukrayna sərhədlərindəki vəziyyəti müzakirə ediblər.

 

Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak isə açıqlamasında ölkəsinin siyasi həllə sadiq olduğunu bir daha vurğulayaraq, atəşkəs rejiminə riayət edilməsi, əsirlərin dəyişdirilməsi və Donbasa giriş-çıxışların açılmasının zəruriliyini bildirib.

 

Rusiya, Almaniya, Fransa və Ukraynadan ibarət Normandiya formatının son görüşü 2019-cu ilin dekabrında Parisdə ölkə liderlərinin iştirakı ilə keçirilib.

loading...
Diaspora