Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Yəmənin Sokotra adası yaxınlığında Rusiyaya məxsus gəminin bütün personalı xilas olunub və onlar gəminin batdığı yerin cənub-qərbindəki Samhain adasına aparılıb. “Gəmi heyəti təcili tibbi yardıma ehtiyac duymur”, – deyə məlumatda qeyd edilir.
Nazirlik, onu da bildirib ki, gəmi qəzasından dərhal sonra Rusiyanın bölgədəki diplomatik nümayəndələri dənizçiləri xilasetmə əməliyyatında aktiv iştirak ediblər. Gəmi heyətinin Bəhreyndə yerləşən Yaponiya dəniz qüvvələrinə aid gəmilərlə avqustun 10-da xilas edilməsi planlaşdırılsa da, lakin ağır hava şəraiti bu əməliyyata mane olub. Təkrar xilasetmə əməliyyatına başlamaq üzərində hazırlıq işləri aparılır.
Rusiya Xarici İşlər Nazirliyindən batan gəminin çətin anlar yaşayan ekipaj üzvlərinə kömək çatdırmaq üçün Rusiya Fövqəladə Hallar Nazirliyi və Rusiyanın Yəmən, Cibuti, Bəhreyndəki səfirlikləri ilə yaxından əməkdaşlıq etdikləri bildirilib.
Xatırladaq ki, avqustun 7-də Yəmən sularında Rusiyaya məxsus gəmi qəzaya uğrayıb. Gəminin 24 ekipaj üzvünün arasında Rusiya, Ukrayna və Filippin vətəndaşlarının olduğu təxmin edilir