Krakovda yerləşən “RoboCore” şirkəti Kistarterə çıxaraq robotları daha mükəmməl olmağa imkan yaradan beynin yaradılması üçün 50 min dollar axtardığını bildirib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “RoboCore” şirkətinin təklif etdiyi qurğu robot layihəsi üçün beyindir. O, “LEGO MindStorm”a uyğunlaşdırıla bilər və müxtəlif servoötürücülərə və vericilərə nəzarət etməyə imkan verir.Qurğu vasitəsi ilə audio və videoaxını ötürmək olar. Onu IDE üzərindən proqramlaşdırmaq və simsiz rabitə üzərindən təlimatını yükləmək olar.