Tokayev ölkəyə vurulan ziyanı açıqladı

Tokayev ölkəyə vurulan ziyanı açıqladı backend

"Qazaxıstanda baş verən iğtişaşlar nəticəsində dəyən iqtisadi zərərin həcmi 2-3 milyard dollardır".

“Report” “Akorda”ya istinadən xəbər verir ki, belə qiymətləndirməni ölkə Prezidenti Kasım-Jomart Tokayev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə virtual formatda görüşündə dilə gətirib.

Söhbət zamanı ölkədəki mövcud vəziyyət müzakirə olunub.

“Prezident baş verən vahiməli hadisələrin ağır təcavüzkarlıq aktı və ölkəmizə qəsd olduğunu deyib. Son olaraq iğtişaşçıların zorakı hərəkətlərin nəticəsində bir çox hüquq mühafizə orqanlar əməkdaşları və dinc sakinlər qurban gedib, 1 300-ə yaxın sahibkarlıq obyektinə ziyan vurulduğunu, 100-dən artıq ticarət mərkəzi və bankın qarət olunduğunu, 500-ə yaxın polis avtomobilinin yandırıldığını söyləyib. Kasım-Jomart Tokayevin qiymətləndirilməsinə görə, ölkənin çəkdiyi iqtisadi ziyan 2-3 milyard dollara (ABŞ dolları-red) qədərdir" - məlumatda bildirilir.

loading...
Diaspora