Putin Qazaxıstan prezidentinin adını səhv saldı - VİDEO

Putin Qazaxıstan prezidentinin adını səhv saldı -  VİDEO backend

Rusiya prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevin adını səhv salıb.

KTMT-nin növbədənkənar sessiyası zamanı Putin onu “Kemel Jomartoviç” adlandırıb.

“Hamı bilir ki, Qazaxıstan prezidenti Kemel Jomartoviç Tokayev yardım üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərinə müraciət edib”, - deyə Putin bəyan edib.

Tokayevin Putini səhvini şərh etməyib. Sessiya zamanı o, KTMT-nin sülhməramlı kontingentini respublikaya göndərdiyinə görə Putinə təşəkkür edib.

Bundan əvvəl, dekabrda keçirilən illik mətbuat konfransında Putin Tokayevi nəzərdə tutaraq onu sadəcə olaraq “yeni prezident” adlandırıb, lakin adını açıqlamayıb.