Braziliyada qaya turistlərin üzərinə aşıb - ölənlər var - VİDEO

Braziliyada qaya turistlərin üzərinə aşıb -  ölənlər var - VİDEO backend

Braziliyanın cənub-şərqindəki Minas Jerays əyaləti yaxınlığındakı qaya turistlərin olduğu qayıqların üzərinə aşıb.

Bu barədə "Associated Press" xilasedicilərə istinadən xəbər verib. 

Qeyd edilir ki, ölkənin şərqindəki Furnas gölündəki uçurum nəticəsində 5 nəfər öüb, 20-yə yaxın adam itkin düşüb. İlkin məlumatda qeyd edilir ki, hadisə nəticəsində daha 34 nəfər yaralanıb, yaralılar yerli tibb müəssisələrinə aparılıb.

Ümumilikdə, qayıqlarda təxminən 70 nəfər olub. Ərazidə dalğıclar işləyir. 

Güclü eroziyaya uğramış qayaların uçmasına bölgədə güclü yağış səbəb olub.

Diaspora