Qazaxıstanda saxlanılan iğtişaşçılar onlara pul ödənildiyini bildiriblər

Qazaxıstanda saxlanılan iğtişaşçılar onlara pul ödənildiyini bildiriblər backend

Qazaxıstanın Çimkənt şəhərində iğtişaşlar zamanı saxlanılanlar bildiriblər ki, aksiyalarda iştiraka görə onlar pul, eləcə də energetik içkilər alıblar və bu içkilərdən sonra özlərinə “nəzarəti itiriblər”.

Bu barədə şəhər administrasiyası rəhbərinin birinci müavini Şınqıs Mukan məlumat verib.

Qeyd edək ki, Çimkənddə iğtişaşlar zamanı 60-dan çox insanın xəsarət aldığı bildirilib. Etirazçılar həmçinin 10-dan çox polis avtomobilini məhv ediblər.

Sosial şəbəkələrdə isə Çimkənddə iğtişaşlar zamanı nümayişçilərə silahların necə paylandığını göstərən videolar yayılıb.

Mənbə: news.ru / Oxu.az

loading...
Diaspora