Anqola hökuməti qeyri-qanuni idxal olunmuş 11 milyon yumurtanı məhv edəcək. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.
Yük ölkənin paytaxtı Luanda şəhərinin limanında konfiskasiya edilib.
Qeyd edək ki, ölkə hökuməti fevralın 15-i yerli ərzaqların istehlakına dəstək olaraq, toyuq yumurtası daxil olmaqla 27 məhsulun idxalına kvota qoyub.