Qazaxıstanda yanvarın 2-də sosial və siyasi tələblərlə başlayan kütləvi aksiyalar yanvarın 5-dən hökumət qüvvələri ilə toqquşmalara və iğtişaşlara gətirib. Çoxlu ölən və yaralanan var, minlərlə şəxs tutulub.
Prezident Qasım-Comərd Tokayev ölkədə sabitliyin bərpası üçün yanvarın 5-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) yardım istəyib. Yanvarın 6-dan başlayaraq KTMT-nin sülhməramlı hərbi kontingenti Qazaxıstana yeridilir.
Novator.az bildirir ki, hərbi kontingentdə Rusiya 3000 nəfərlə təmsil olunur.
Belarus Qazaxıstana 500, Tacikistan 200, Qırğızıstan 150, Ermənistan 100 hərbçi göndərmək qərarı verib.