Almatının mərkəzində atışma gedir, ölənlər var

Almatının mərkəzində atışma gedir, ölənlər var backend

Qazaxıstanın Almatı şəhərinin mərkəzində atışma davam edir.

Bu barədə Trend TASS-a istinadən məlumat verir.

Atışmada ölənlərin olduğu deyilir.

Məlumata əsasən, atışma Respublika meydanında baş verir. Şəhərin digər hissələrində vəziyyətin nisbətən sakit olduğu deyilir.

Bir müddət əvvəl Almatı komendantlığı silahlı şəxslərin nömrəsiz avtomobillərdə hərəkət etdiyini bildirib. Qeyd olunur ki, bu cür avtomobillərin sahiblərinə qarşı sərt tədbirlər görüləcək.

Diaspora