ABŞ Senatı ötən gün ölkənin müdafiə naziri postuna Eşton Karterin namizədliyini təsdiqləyib.
O, Pentaqonun rəhbəri postunda Çak Heyqeli əvəzləyəcək.“TASS”ın verdiyi xəbərə görə, 60 yaşlı Karterin bu vəzifəyə namizədliyi ötən ilin sonlarında prezident Barak Obama tərəfindən irəli sürülüb. O, 2011-2013-cü illərdə Pentaqon başçısının birinci müavini postunu tutub.