ABŞ-ın sabiq prezidenti Cimmi Karterə qaraciyər xərçəngi diaqnozu qoyulub. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə NBC telekanalına Karterin yaxınları bildirib.
Onların sözlərinə görə, həkimlər xəstəliyi Karterin qaraciyərində cərrahiyə əməliyyatı apararkən müəyyən ediblər.1977-1981-ci illərdə ABŞ prezidenti olmuş Cimmi Karterin 2014-cü ilin oktyabrında 90 yaşı tamam olub. O, tanınmış ictimai xadim, Nobel mükafatı laureatıdır.