Qazaxıstanda silahlı şəxslər iki böyük xəstəxananı mühasirəyə alıb - VİDEO

Qazaxıstanda silahlı şəxslər iki böyük xəstəxananı mühasirəyə alıb -  VİDEO backend

Silahlı şəxslər Qazaxıstanın Almatı şəhərində iki böyük xəstəxananı mühasirəyə alıb, xəstələri və həkimləri ora buraxmırlar.

Bu barədə Qazaxıstanın dövlət telekanalı xəbər yayıb.

“Bu gün səhər saatlarında silahlı quldur dəstələri Almatıda 1 və 7 saylı iki böyük çoxprofilli klinik xəstəxananı mühasirəyə alıblar. Almatı komendantlığının məlumatına görə, terrorçular xəstələri, həkimləri və tibb işçilərini xəstəxanalara buraxmır, bununla da mülki şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaradırlar”, - deyə telekanal bildirib.

loading...
Diaspora