KTMT sülhməramlıları Qazaxıstanda fəaliyyətə başlayıb

KTMT sülhməramlıları Qazaxıstanda fəaliyyətə başlayıb backend

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələri Qazaxıstana göndərilib.

Bu barədə qurumun mətbuat katibliyi məlumat yayıb.

“Yanvarın 6-da qəbul edilmiş qərara uyğun olaraq, vəziyyəti sabitləşdirmək və normal məcraya yönəlmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Sülhməramlı Qüvvələri məhdud müddətə Qazaxıstan Respublikasına göndərilib”, - məlumatda qeyd olunur.

Hərbi qurumun tərkibinə Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstanın silahlı qüvvələrinin bölmələri daxildir.

KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinin əsas vəzifələri mühüm dövlət və hərbi obyektlərin mühafizəsi, vəziyyətin sabitləşdirilməsi və hüquqi müstəviyə qaytarılmasında Qazaxıstan Respublikasının hüquq-mühafizə qüvvələrinə köməklik göstərməkdir.

Rusiya Federasiyasından Kollektiv Sülhməramlı Qüvvələrinin tərkibinə Hava Desant Qüvvələrinin bölmələri və hərbi hissələri daxil edilib.

Mənbə: KTMT-nin rəsmi saytı / Oxu.az

loading...
Diaspora