“Hava-desant bölməsi ilə terrorçu dəstələr arasında döyüş gedir” - Tokayev - VİDEO

“Hava-desant bölməsi ilə terrorçu dəstələr arasında döyüş gedir” -  Tokayev - VİDEO backend

“Qazaxıstanda terrorçu dəstələr iri obyektləri ələ keçirir, təyyarələri qaçırırlar”.

APA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxışı zamanı deyib.

Prezident bildirib ki, terrorçu dəstələr Alma-Atıda 5 təyyarəni qaçırıb: “Almatıda terrorçu dəstələr xarici təyyarələr də daxil olmaqla 5 təyyarəni qaçırıblar. Qazaxıstanda iğtişaşlara səbəb olan terrorçu dəstələr xaricdə ciddi təlim keçiblər.

Tokayev əlavə edib ki, Almatıda və digər şəhərlərdə infrastruktur binalar ələ keçirilib: “Hazırda Almatı yaxınlığında Müdafiə Nazirliyinin hava-desant bölməsi ilə terrorçu dəstələr arasında döyüş gedir”.