ABŞ Hərbi-Hava Qüvvələri Türkiyədəki “İncirlik” hərbi bazasından Suriyadakı İŞİD silahlılarına qarşı ilk pilotlu hava hücumu həyata keçirib. APA-nın Reuters agentliyinə istinadən məlumatına, bu barədə Pentaqonun nümayəndəsi bildirib.
Bundan əvvəl ABŞ “İncirlik”ə altı “F-16” qırıcısının göndərdiyini bəyan etmişdi.Qeyd edək ki, bu günədək ABŞ “İncirlik”dən İŞİD-ə qarşı yalnız pilotsuz hərbi təyyarələrdən istifadə edirdi.