Qazaxıstandakı vəziyyətlə bağlı BMT-dən münasibət

Qazaxıstandakı vəziyyətlə bağlı  BMT-dən münasibət backend

“BMT Qazaxıstandakı vəziyyəti narahatlıqla izləyir, bütün tərəflərin zorakılıqdan çəkinməsi vacibdir”.

APA xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik brifinqdə bildirib.

“Hazırkı hadisələrdə iştirak edənlərin təmkin nümayiş etdirmələri, zorakılıqdan çəkinmələri və bütün problemlərin həlli üçün dialoqu təşviq etmələri çox vacibdir", - deyə S.Dujarrik vurğulayıb.