Iraq ordusunun 14 hərbi qulluqçusu İŞİD-in qurduğu pusquya düşərək həlak olub. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hərbi qulluqçuların ər-Ramadi şəhəri yaxınlığında irəlilədikləri avtomobil konvoyu minaya düşüb.
İyulun sonunda Ər-Ramadi yaxınlığında terrorçu-kamikadzelərin hücumu nəticəsində 12 hərbçi həlak olmuşdu.Qeyd edək ki, İraqın Ər-Ramadi şəhəri İŞİD silahlılarının nəzarəti altındadır.