2015-ci ildə ABŞ-da polis əməkdaşları tərəfindən öldürülənlərin sayı 601 nəfərə çatıb. APA-nın məlumatına görə, bu barədə “ Washington Post ” qəzeti yazıb.
Nəşrin qeyd etdiyinə görə, onlardan 153 nəfər qaradərili, 60 nəfəri isə üzərində silah olmayan şəxslərdir. Son ay ərzində polis əməkdaşları 85 nəfəri öldürüb.Xatırladaq ki, 2014-cü il, avqustun 4-də ABŞ-ın Ferguson şəhərində 18 yaşlı qaradərili yeniyetmə Mixael Braunun polis zabiti Darren Uilson tərəfindən güllələnməsi ölkədə etiraz nümayişlərinin keçirilməsinə səbəb olmuşdu.