Almatıda fövqəladə vəziyyət elan edilib

Almatıda fövqəladə vəziyyət elan edilib backend

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokaev Manqistau vilayətində və Almatıda 2 həftəlik fövqəladə vəziyyət rejiminin tətbiqi ilə bağlı sərəncam imzalayıb.

Apa-nın xəbərinə görə, bu barədə Qazaxıstan Prezidentinin administrasiyası məlumat yayıb.
Sərəncamda göstərilir ki, ictimai asayişi bərpa etmək və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi üçün Kasım-Jomart Tokaev 5-19 yanvar tarixlərində Manqistau vilayətində və Almatıda 2 həftəlik fövqəladə vəziyyət rejiminin tətbiqi ilə bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, bir müddət əvvəl Tokaev xalqa müraciət edərək vətəndaşları ağıllı davranmağa və təxribata uymamağa çağırıb.

Ölkədəki vəziyyəti müzakirə etmək üçün bu gün hökumətin iclası keçiriləcək.

loading...
Diaspora