"Baydenin reytinqi ən aşağı səviyyəyə düşüb"- CNBC

"Baydenin reytinqi ən aşağı səviyyəyə düşüb"-  CNBC backend

Dekabrda ABŞ prezidenti Co Baydenin reytinqi yenidən rekord həddə-44 faizə düşüb.    Bununla bağlı CNBC telekanalı araşdırma aparıb. Ötən ayın 17-20-də telefonla 1895 responden arasında sorğu keçirilib. Sorğu iştirakçılarının 56%-i ABŞ prezidentinin fəaliyyətini bəyənməyiblər. Tədqiqatda demokratlar və respublikaçıların demək olar bərabər sayda tərəfdarının iştirak etdiyi qeyd edilir.   Amerikalıların ən böyük narazılığına ölkədəki iqtisadi vəziyyət səbəb olub. 73 faiz bu durumu acınacaqlı hesab edib. İlk növbədə vətəndaşları inflyasiya narahat edir. Bundan əlavə, respondentlərin yarıdan çoxu -55 faizi Baydenin koronavirus pandemiyası ilə mübarizə aparmasından narazıdır.
ABŞ-da vəziyyətin düzgün istiqamətdə inkişaf edib-etməməsi ilə bağlı suala respondentlərin 70%-i mənfi cavab verib.

Qeyd edək ki, Baydenin populyarlığına dair əvvəlki antirekord keçən ilin sentyabrında qeydə alınmışdı. O zaman respondentlərin 54%-i prezidentin işindən narazılıqlarını bildirmiş, sorğuda iştirak edənlərin 46%-i onu dəstəklədiyini söyləmişdi. (azvision.az)

Diaspora