Qazaxıstanda etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib – YENİLƏNİB - VİDEO

Qazaxıstanda etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib –  YENİLƏNİB - VİDEO backend

Almatıda etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib.

Bu barədə yerli KİV məlumat yayıb. Məlumata görə, hazırda etirazçılar şəhərin Respublika meydanına toplaşıb. Əraziyə çox sayda asayış keçikçisi cəlb olunub. Nümayişçilərlə polis arasındakı toqquşmalarda sonuncular kütləyə qarşı işıq və səs qumbaralarından istifadə ediblər.

Mənbə: “Sputnik Qazaxıstan”

22:44

Qazaxıstanda maye qazın qiymətinin aşağı salınmasına baxmayaraq etirazlar davam edir.

Nümayişçilər ölkə hökuməti qarşısında digər sosial-iqtisadi xarakterli tələblər irəli sürüblər. Artıq ölkə prezidenti Qasım Jomart Tokayev də öz “Twitter” səhifəsindən etirazçılara müraciət edib.

O, həmin tələblərin sabah baş tutacaq hökumət iclasında nəzərdən keçiriləcəyini bildirib.

 

17:22

Qazaxıstan hökuməti Manqistau vilayətində maye qazın qiymətinin 1 litr üçün 50 təngə (0,11 dollara və ya 20 qəpik - red.) endirilməsi barədə qərara gəlib.

Bu barədə yanvarın 4-də Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hökumət komissiyası Aktau şəhərinin İntımak meydanına toplaşan fəallarla görüşüb və Aktau şəhərinin təşəbbüs qrupu ilə danışıqlar zamanı maye qazın qiymətinin aşağı salınması barədə qəbul edilmiş qərarı açıqlayıb.

Bundan başqa yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin ölkədəki sosial-iqtisadi vəziyyətlə bağlı müşavirə keçirəcəyi elan edilib.

16:36

Qazaxıstan polisi maye qazın qiymətlərinin kəskin artmasına etiraz edənlərə qarşı güc tətbiq edib. Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Kadrlar Qazaxıstanın Atırau şəhərində lentə alınıb.

 

Qeyd edək ki, Qazaxıstanda etirazlar yanvarın 2-dən Janaozen, Manqistau vilayətləri başda olmaqla bir sıra yaşayış məntəqələrində başlayıb. Sakinlər maye qazın dəyərinin kəskin artmasına etiraz edirlər. Belə ki, ölkədə maye qazın dəyəri 60 təngədən 120 təngəyə qaldırılıb. (oxu.az)

loading...
Diaspora