Londonun ən əhəmiyyətli nəqliyyat sistemi olan metro iyulda və avqustun əvvəllərindəki tətillərdən sonra bu ayın sonu iki gün daha tətil edəcək.
AZƏRTAC “ulasimonline.com” saytına istinadla xəbər verir ki, qatar işçilərinin gecə növbəsində işləmələri haqda istənilən razılaşma təmin edilmədiyi üçün avqustun 26, 28-i yenidən 24 saat ərzində tətil qərarı alınıb.
London metrosunda iyulun 9-u və avqustun 5-dəki bir günlük tətillər Londonda həyatı iflicə vəziyyətə salmışdı.