Səudiyyə Ərəbistanın rəhbərliyi bu gündən etibarən Rusiya istehsalı olan “Sputnik V” peyvəndini vurduranların bu ölkəyə girişinə icazə verib.
Qaziler.az xəbər verir ki, bununla da Səudiyyə Ərəbistanı Rusiya istehsallı peyvəndi bəyənən və qəbul edən növbəti dövlətlərdən biri olub. Artıq yeni ilin ilk günündən ölkənin qapıları Məkkə və Mədinə şəhərlərindəki İslamın müqəddəs məkanlarına baş çəkməyi arzulayan rusiyalı zəvvarların, eləcə də sıravi dindarların üzünə açıqdır.
Yenisabah.az