"Google" xəritələri insanları ölümə aparır

"Google" xəritələri insanları ölümə aparır backend

"Google" xəritə istifadəçisi bu tətbiqin qaranlıq tərəflərini ortaya çıxarıb.

Axar.az xəbər verir ki, tvitterdə bu barədə paylaşım edilib.

Bildirilib ki, Kaliforniyanın Taho milli meşəsindən keçən ikizolaqlı dar yol "Google" xəritə istifadəçilərinə təklif edilir. Lakin bu yol hazırda qarla örtülüdür və son dərəcə təhlükəlidir. Tətbiq sürücüləri buraya yönləndirir. Belə olanda ölümlə nəticələnən qəzalar qaçılmaz olur.

"Google" hələlik mövzu ilə bağlı açıqlama verməyib.

Xatırladaq ki, keçən il "Google" proqramının təklif etdiyi yol Rusiyada yaşayan bir insanın ölümünə səbəb olmuşdu. Xəritə tətbiqi onu dünyanın ən soyuq bölgəsinə yönləndirərək həyatına son qoymuşdu.

loading...
Diaspora