Ukrayna Rusiya ilə sərhədlərini gücləndirir

Ukrayna Rusiya ilə sərhədlərini gücləndirir backend

Ukrayna hökuməti ölkənin Rusiya və Belarusla sərhədlərinin mühafizəsinin gücləndirilməsi proqramını təsdiqləyib. Sərhədlərin gücləndirilməsinə 36,3 milyard qrivna (1,33 mlrd ABŞ dolları) xərclənəcək.

“Report” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, 2022-ci ildə Rusiya ilə sərhədin 1676 km, Belarusla isə 1084 km-nin möhkəmləndirilməsi planlaşdırılır.

2024-cü ilə qədər Moldova və Aİ ölkələri ilə sərhəd gücləndiriləcək.

Qeyd olunub ki, sərhədlərin tənzimlənməsi dövlət büdcəsinin qaçaqmalçılıq üzrə xərclərinin azalmasına səbəb olacaq.

Proqramı Dövlət Sərhəd Xidməti, İnfrastruktur Nazirliyi və Regional İdarəetmə qurumu həyata keçirəcək.

loading...
Diaspora