Ukrayna prezidenti Minsk sazişinin icrasının çətin olduğunu qeyd edib
Ukrayna prezidenti Pyotr Poroşenko Minsk danışıqlarının çox çətin keçdiyini bildirib. “RİA Novosti”-nin verdiyi xəbərə görə, Poroşenko bildirib ki, razılaşmaların icrası prosesi heç də asan olmayacaq.“Bu çox çətin danışıqlar idi, biz fikrimizcə, razılaşmaların icrası prosesi heç də asan olmayacaq”, deyə Ukrayna prezident vurğulayıb.
Qeyd edək ki, Minskdə “Normand dördlüyü”nün görüşü keçirilib. 15 saat davam edən görüşdə Rusiya, Fransa, Almaniya və Ukrayna liderləri iştirak edib. Görüşün nəticələrinə əsasən fevralın 15-dən etibarən atəşkəs rejiminin tətbiq ediləcəyi, təhlükəsizlik zonasının yaradılacağı, döyüş texnikasının geri çəkiləcəyi gözlənilir.