Türkiyənin Səhiyyə naziri buster doza üçün bu vaksini seçib

Türkiyənin Səhiyyə naziri buster doza üçün bu vaksini seçib backend

Türkiyənin Səhiyyə Naziri Fəxrəddin Qoca yerli istehsalı olan COVID-19-a qarşı "Turkovac" peyvəndini üçüncü ("buster") doza olaraq vurdurub.

Nazirlik rəhbəri Ankara şəhər xəstəxanasında revaksinasiya olunub:

"Vətəndaşlarımıza TÜRKOVAC vaksini ilə peyvənd olunmaq, o cümlədən bu dərmanla revaksinasiya etməyi tövsiyə edirəm".

Onun sözlərinə görə, dekabrın 30-dan Türkiyədə yerli istehsalı olan peyvəndi şəhər xəstəxanalarında əldə etmək mümkün olacaq.

Trend.az