Çin idmançıları 7 medalla Dünya Kuboku yarışlarında birinci yerdədirlər

Çin idmançıları 7 medalla Dünya Kuboku yarışlarında birinci yerdədirlər backend

Avqustun 12-də Qəbələdə olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku uğrunda kişilər arasında tapançadan 25 metr məsafəyə sürətli atəşaçma yarışları keçirilib



AZƏRTAC xəbər verir ki, yarışın final mərhələsində ABŞ, Çin, Fransa, Koreya və Hindistandan 6 idmançı iştirak edib. Azərbaycan idmançısı Ruslan Lunev yarışda uğurla iştirak etsə də finala çıxa bilməyib. O, 7-ci yeri tutub. Çin idmançısı Haozhe Hu rəqiblərini üstələyərək 32 xalla birinci yeri əldə edib. Bununla da, Haozhe Hu komandasının hesabına 4-cü qızıl medalı yazdırıb. Jiajie Lao (Çin) 30 xalla ikinci, Boris Artaud (Fransa) 25 xalla üçüncü yeri qazanıb.

Yarışdan sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib.

Hazırda Çin idmançıları 7 medalla Dünya Kuboku yarışlarında birinci yerdədirlər. Onlardan 4-ü qızıl, 2-si gümüş, 1-i bürünc medaldır.
Diaspora