Ermənistanda elektrik enerjisi tariflərinin artması ilə əlaqədar keçirilən etiraz aksiyaları davam edir. Aksiya iştirakçıları hökumətin qarşısında 15 maddədən ibarət yeni tələblər qoyublar. Bu tələblər əsasən hökumət dairələrinin cinayətkar məmurlardan təmizlənməsi və xalqdan oğurlananların geri qaytarılması ilə bağlıdır. Nümayişçilər, həmçinin iyunun 23-də Baqramyan prospektində keçirilən mitinqdə onlara qarşı zor tətbiq etmiş polislərin həbsini də tələb edirlər. Ən əsas tələb isə ölkə rəhbərliyinin istefasıdır.
Elektrik enerjisi tarifləri avqustun 1-də 16 faizdən çox artırılıb. Bundan sonra kütləvi etirazlar fonunda nə edəcəyini bilməyən hakimiyyət “Ermənistan elektrik şəbəkələri” şirkətində beynəlxalq audit keçirilməsini qərara alıb. Yoxlamanın nəticələri isə iki aya yaxındır ki, bitmək bilmir. Vətəndaşlar bunun yenə də əhalinin ziyanına nəticələnəciyini düşünürlər. Etirazçılar bildirirlər ki, Serj Sarkisyan və onun partiya üzvləri hakimiyyətdən getməyənədək meydanı tərk etməyəcəklər.