Suriya ordusuna məxsus hərbi helikopter müxalif qüvvələrin nəzarətində olan İdlibdə bazara havadan zərbələr endirib.
APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya İnqilab Şurası açıqlama yayıb. Məlumata görə, hücum nəticəsində 30 mülki şəxs ölüb, onlarla şəxs yaralanıb. Ölənlər arasında qadın və uşaqların da olduğu bildirilir. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.