Rəisi Putinin görüşünə hazırlaşır

Rəisi Putinin görüşünə hazırlaşır backend

İran Prezidenti İbrahim Rəisi gələn ilin əvvəlində Rusiyaya səfər edəcək.

“RİA Novosti” xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Əli Bahaduri bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində iki tərəfli iqtisadi-ticarət əməkdaşlığına dair məsələlər müzakirə olunacaq.

Ə.Bahaduri bildirib ki, hazırda səfərin planı tərtib edilir.

Səfər Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında reallaşacaq.