Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatı paytaxt Kabildə etiraz aksiyası keçirən qadınlara atəş açıb.
APA xəbər verir ki, bu barədə Əfqanıstanın Asvaka agentliyi məlumat yayıb.
Hadisənin İtaliyanın Emergency humanitar təşkilatının açdığı xəstəxana yaxınlığında qeydə alınıb.
Hadisə zamanı ölən və yaralananların olub-olmaması açıqlanmır.
Qadınların hüquqlarının qorunması və həyat şərtlərinin yaxşılaşdırılması tələbi ilə aksiya keçirdiyi bildirilib.