Böyük Britaniya elektrik avtomobillərini hərəkət zamanı enerji ilə doldurmağa imkan verən fantastik texnologiyanı sınaqdan keçirməyə hazırlaşır. Artıq cari ildə “Highways England” dövlət şirkətinin tikəcəyi eksperimental yol avtomobillərin batareyasını enerji ilə dolduracaq.
Britaniyanın “Mirror” tabloidi yazır ki, simsiz enerjidoldurma dəstəkli elektrik və hibrid avtomobillər yol yatağının səthinin altında qurulmuş avadanlıqdan enerji doldura biləcək. Həm də avtomobillər enerji doldurma üçün dayanmalı olmayacaqlar. Sınaqlar uğurlu olduğu halda ölkənin əsas yollarına simsiz enerjidoldurma qurğuları quraşdırılacaq.
“Highways England” şirkətinin baş mühəndisi Mayk Uilson bildirib ki, enerjinin simsiz ötürülməsi texnologiyası üzərində aparılan sınaqlar daha ekoloji və dayanıqlı nəqliyyat şəbəkəsi yaratmağa və biznes üçün yeni imkanlar açmağa kömək edəcək.
Nəqliyyat naziri Endryu Cons deyib ki, yaxın 5 ildə hökumət bu texnologiyanın inkişafına 500 milyon funt-sterlinq sərmayə yatıracaq, - “hi-news.ru” – www.hi-news.ru yazır