Türkiyəni Ukrayna müharibəsinə cəlb etmək cəhdi - ABŞ-ın planı…

Türkiyəni Ukrayna müharibəsinə cəlb etmək cəhdi -  ABŞ-ın planı… backend

“Siz bizə zəmanət verməlisiz. Siz! Və yubanmadan! İndi!” – Putinin bu həftə keçirdiyi illik mətbuat konfransında “Sky News” müxbirinin sualına verdiyi bu cavab dünyanın xəbər agentliklərinin müzakirəsinə çevrilib, bu istiqamətdə çoxlu ekspert rəyləri verilir.

Məlumdur ki, mətbuat konfransının səhəri günü Dövlət Şurasının toplantısında Putin elan edib ki, Rusiya hipersəsli “Sirkon”sisteminin uğurlu sınağı keçirib. Putin hələ bir neçə ay əvvəl bu sistem haqda danışarkən demişdi ki, dünyada heç kimin belə bir sistemi yoxdur, olacağı halda Rusiyanın  artıq onu zərərləşdirmək üçün silahı da hazır olacaq. Beləliklə, Rusiya son günlər aktiv müzakirə edilən təhlükəsizliklə bağlı ABŞ və NATO-ya göndərdiyi təkliflərin(bəziləri bunu ultimatumda hesab edir)müzakrəsinə “yüksək səslə” getməyə nail olub. 

 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, yanvarda olacaq görüşün konkret tarixi hələ  müəyyənləşəcək.

 

NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna da daxil olmaqla, Avropa ölkələrinin hər birinin öz yolunu seçmək hüququna malik olduğunu bir daha təkrarlayıb və Ukrayna ilə hərbi münaqişənin baş verəcəyi təqdirdə “ciddi nəticələr” barədə xəbərdarlıq edib. Bundan əlavə, o, NATO-nun “Şərqə doğru genişlənməmək” öhdəliyi götürmədiyini vurğulayıb. 

 

Ukrayna ilə hipotetik hərbi münaqişə baş verərsə, Rusiyaya Kiyevi ələ keçirmək üçün bir gündən az vaxt lazımdır.

 

Bu barədə virtualaz.org “American Thinker”ə istinadən məlumat verir. Nəşr bildirir ki, NATO Ukraynanı təşkilata daxil etməyə çalışarsa, hərbi əməliyyatlar mümkün olacaq. Soyuq müharibə başa çatdıqdan sonra alyansın şərqə doğru genişlənməsinin səhv olduğu və hazırkı gərgin vəziyyətə səbəb olanın da bu olduğu qeyd edilir.

 

Nəşrin materialında iddia edilir ki, Rusiya üçün hərbi əməliyyatların mümkün başlaması “hərbi, siyasi və ya iqtisadi baxımdan xüsusi risklərlə” əlaqələndirilməyəcək. Rusiyanın hərbi qüdrəti Ukrayna ordusunu üstələyir və NATO Kiyevin müdafiəsinə qalxmaq qərarına gəlsə belə, o zaman hərbi potensialını azaldan alyans ölkələri Rusiya ordusu ilə rəqabət apara bilməyəcək.

 

Qeyd olunur ki, siyasi nəticələr yalnız qınama ilə məhdudlaşacaq və Moskvaya qarşı yeni iqtisadi sanksiyalar olmayacaq, çünki bu, koronavirus pandemiyasının səbəb olduğu dünyada mövcud iqtisadi tənəzzülü daha da gücləndirəcək.

 

Yaxın Şərq və Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin direktoru Semyon Baqdasarov isə iddia edib ki, Rusiya ilə Ukrayna arasında münaqişə baş verəcəyi təqdirdə Türkiyə Kiyevin yanında yer alacaq. Ekspertin fikrincə, Ankaranı rus turistlərdən gələn milyardlarla dollar gəliri itirməsi belə,  onları dayandırmayacaq.

 

Ekspert “Habertürk” nəşrinin Türkiyənin Donbassdakı münaqişəyə cəlb edilə biləcəyi haqda məqaləyə də istinad edib. Məqalədə vurğulanıb ki, Türkiyə NATO üzvü kimi hazırda Birləşmiş Yüksək Hazırlıq Qüvvələrinə komandanlıq edir. Alyansın planlarına görə isə müharibə başlayacağı halda Donbassa məhz bu qrup göndərilə bilər. "Onlar artıq Ukraynanı dəstəkləyirlər. Bəs Ukrayna ordusu ilə xidmətdə olan "Bayraktar" pilotsuz uçan aparatı nədir? O, artıq Donbasda istifadə olunur", - Baqdasarov deyib. 

 

Baqdasarov Türkiyənin arxasında ABŞ-ın dayandığını qeyd edib. Bundan əlavə, onun fikrincə, Türkiyə Rusiyanın milli maraqlarını qorumaqda zəifliyini görür və buna görə də Cənubi Qafqazda və Mərkəzi Asiya istiqamətində Moskvanı sıxışdırmağa başlayıb. 

 

Ukraynada keçirilən sorğunun nəticələri maraq doğurur. Sorgunun nəticələrinə görə, əgər gələn bazar günü referendum keçirilsəydi, Ukraynada seçki məntəqələrinə gələnlərin 75, 7 faizi ölkənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyərdi. 59,2 faiz isə Ukraynanın NATO-ya üzvlüyünə səs verərdi. Əhalinin 21,6 faizi Aİ-yə üzvlüyün, 28,1 faizi i isə NATO-ya üzvlüyün əleyhinə səs verərdi. 

 

Sorğuda iştirak edənlərin demək olar ki, yarısı (49,2 faizi) əmindir ki, 2022-ci ilin qış və yazında Rusiya qoşunlarının Ukraynaya müdaxiləsi realdır. 41,4 faiz isə Kremlin buna gedəcəyinə inanmır. Bununla yanaşı, ukraynalıların 57,8%-i hesab edir ki, Kiyev hakimiyyəti Rusiya ilə müharibənin qarşısını almaq üçün kifayət qədər səy göstərmir.  (moderator.az)

loading...
Diaspora