Qırğızıstan-Tacikistan sərhədində insident olub

Qırğızıstan-Tacikistan sərhədində insident olub backend

Qırğızıstan-Tacikistan sərhədində insident olub.

"Report" xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Mühafizə Xidməti məlumat yayıb.

Belə ki, Tacikistan vətəndaşları sərhədə yaxın Qırğızıstan sakinlərinin avtomobillərinə daş atıblar.

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidməti ölkə vətəndaşlarının xəsarət almadığını bildirib.

İnsidentdən dərhal sonra Qırğızıstan və Tacikistan sərhəd zastavalarının rəisləri arasında görüş keçirilib və onlar vəziyyəti sabitləşdirmək üçün əlavə sərhəd patrulları yerləşdiriblər.

Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu 980 km-dir, Sovet İttifaqının dağılmasından sonra orada mübahisəli hissələr qalıb. Hazırda sərhədin delimitasiyası və demarkasiyası prosesində artıq 580 km-ə yaxın yol təsvir edilib. Bəzi ərazilərdə vaxtaşırı yerli sakinlər arasında mübahisələr yaranır.

loading...
Diaspora